Azərbaycan xalqının taleyüklü hadisələrlə dolu olan otuzillik bir dövrü çoxəsrlik dövlətçiliyimiz tarixində əvəzsiz yeri olan ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev Azərbaycan dövlətini və millətini zamanın çətin sınaqlarından çıxararaq ölkənin bütün sahədə tərəqqisinə nail olmuş qüdrətli şəxsiyyətdir. Xalqımız məhz onun sayəsində mənəvi dəyərləri layiqincə qoruyaraq, üçüncü minilliyə qədəm qoymuşdur.
XX əsrin 90-cı ıllərində müstəqillik əldə etdikdən sonra Azərbaycan Respublikası dünyada özünü yeni siyasəti, geosiyasi rejimi ilə fərqlənməyə başladı. Bu mərhələdə ölkənin rəhbərliyinə gəlməsi ilə respublikanın ictimai, siyasi, təsərrüfat, mədəni və təhsil həyatında bir canlanma başlandı.
Ümummilli lider Heydər Əliyev bu sahələrdə proseslərin həyata keçirilməsində, xalqın, cəmiyyətin inkişaf etdirilməsində əlindən gələni edirdi.
Ulu öndər hələ 1969-cu ildə Azərbaycanda siyasi fəaliyyətə başlayan Heydər Əliyev elə ilk dövrlərdən diqqət verdiyi sahələrdən biri də təhsil sahəsi idi. Artıq XX əsrin 70-80-ci illəri xalqımızın tarixində yalnız iqtisadiyyatın bütün sahələrinin inkişafı dövrü kimi deyil, həm də elmin, təhsilin, mədəniyyətin misilsiz tərəqqisi illəri kimi ayrıca mərhələ təşkil edir. Həmin dövrdə gələcək müstəqilliyimizin təməli qoyulmuş, iqtisadi, sosial və mədəni potensial formalaşdırılmışdır.
Bu mərhələdə görkəmli dövlət xadimi Heydər Əliyev Azərbaycanın iqtisadi-mədəni inkişafı, sənayenin, kənd təsərrüfatının, mədəniyyət, elm, təhsil və digər prioritet sahələrin idarə edilməsi üçün bacarıqlı və yüksəkixtisaslı kadrların hazırlanmasının vacibliyini mühüm vəzifə kimi qarşıya qoyaraq təhsilin inkişafına xüsusi qayğı göstərirdi.
1969-1978-ci illərdə orta ümumtəhsil məktəblərinin sayı 77 faiz artmışdır. 1979-cu ildə SSRİ-nin 43 şəhərinin 152 ali məktəbində 3315 nəfər azərbaycanlı təhsil alırdı. Dahi rəhbər Heydər Əliyev hərbi kadrların hazırlanmasına da xüsusi diqqət yetirmişdir. Azərbaycanda iki ali hərbi məktəb -Ali Ümumqoşun Komandirləri Məktəbi və Ali Hərbi Dənizçilik Məktəbi var idi. Lakin bu məktəblərdə cəmi 5-6 nəfər azərbaycanlı təhsil alırdı. 1971-ci ildə ulu öndər Heydər Əliyev ilk hərbi internat məktəbinin açılmasına nail olmuşdur. Həmin il C.Naxçıvanski adına Hərbi Məktəb yaradılmışdır. Ulu öndər Heydər Əliyev 1976-1977-ci illərdə 800 nəfərdən çox gəncin SSRİ-nin ali hərbi məktəblərinə göndərilməsinə nail olmuşdur. 1982-ci ildə artıq hərbi məktəblərə göndərilənlərin sayı 1000 nəfərdən çox idi.
O, ilk növbədə Azərbaycanın intellectual sabahını düşünmüş, sovetlər dövründə respublikada formalaşdırdığı zəngin elmi potensiala iistinad edərək özünün mükəmməl elm və təhsil konsepsiyasını irəli sürmüş, milli tərəqqi baxımından strateji əhəmiyyət daşıyan bu sahənin problemlərini xüsusilə diqqət mərkəzində saxlamışdır. Ümumilli liderin elm və təhsilin konsepsiyasının əsas qayəsini müstəqilliyin daha da möhləmləndirilməsi, demokratik və hüquqi cəmiyyət quruculuğu prosesinin yüksək dinamizmlə həyata keçirilməsi, dövlətin iqtisadi potensialının gücləndirilməsi kimi ümdə prinsiplər təşkil etmişdir. O, Azərbaycanda bütün sahələrdə olduğu kimi, elm və təhsil sahəsində də uğurlu islahatların müəllifi kimi tanınmışdır.
Heydər Əliyev təhsilin müstəsna rol oynadığını
dönə-dönə qeyd etmiş və bununla bağlı demişdir: "Azərbaycan müstəqil dövlət
kimi yeni iqtisadi, siyasi yolla gedərək, dünyanın bütün ölkələrinin, xüsusən Qərb
ölkələrinin təcrübəsindən istifadə etməyə çalışır və təhsilin də təkmilləşdirilməsində
bu təcrübədən istifadə etmək lazımdır". Bununla belə, təbii ki, təhsil
sistemində nəzərə alınması zəruri hesab edilən amillərdən biri də milliliyin
qorunması, inkişaf etdirilməsi ilə bağlı olduğunu düşünən ölkə başçısı
"Dövlət müstəqilliyinin xalqımıza bəxş etdiyi nemətlərdən biri də odur ki,
biz artıq təhsil sistemimizi xalqımızın, millətimizin tarixinə, mənəviyyatına, ənənələrinə
uyğun qururuq" deyə qeyd edirdi. O, təhsil sahəsində çalışan bütün vətəndaşlara,
müəllimlərə, təhsil müəssisələrinin rəhbərlərinə müraciət edərək onların
“tezliklə təhsil sistemində işlərin müstəqil Azərbaycanın prinsipləri əsasında
qurulmasına nail olmalarını xahiş edirdi.
Ümummili liderimiz Heydər Əliyevin 30 mart 1998-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının təhsil sistemində beynəlxalq standartlara uyğun islahatların aparılması, təhsilin inkişafı və onun maddi-texniki bazasının möhkəmləndirilməsi üçün Dünya Bankının vəsait qoyuluşunu təmin etmək və Azərbaycan Respublikasında təhsil sahəsində islahatların aparılmasını təşkil etmək məqsədilə dövlət komissiyası yaradılmışdır. İşçi qrupu tərəfindən “Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı” hazırlanmış və 1999-cu ilin 15 iyununda ulu öndərimiz Heydər Əliyevin 168 saylı sərəncamı ilə təsdiq edilmişdir. Təhsil sahəsində islahat proqramının əsas məqsədi məktəbəqədər, orta, ali, ali təhsildən sonrakı peşə və ona uyğun əlavə təhsil pillələrində toplanmış potensialı saxlamaq və inkişaf etdirmək, təhsil sistemini tənzimləyən müvafiq normativ-hüquqi bazanı yaratmaq, cəmiyyətin Azərbaycan Respublikasının Konstitusiyasında, Təhsil Qanununda təsbit olunmuş tələbləri, siyasi, iqtisadi və sosial həyatın demokratikləşməsinə əsaslanan dövlət siyasətini həyata keçirməkdən ibarət olmuşdur.
1998-ci ildə müstəqil Azərbaycan müəllimlərinin
1-ci qurultayı keçirildi. Xalqımızın böyük oğlu Heydər Əliyev qurultayda tarixi
çıxış etdi. Bu çıxış təhsil işçilərinin qarşısında duran vəzifələrin həlli üçün
proqram idi.Qurultayda təhsil tariximizdə ilk dəfə Respublika Təhsil Şurası
yaradıldı.
“Təhsil sahəsi xalqımızın bu günü,millətimizin,dövlətimizin gələcəyi üçün ən vacib bir sahədir” deyən ümumilli liderimiz Azərbaycan təhsilinin dinamik inkişafını təmin edən fərman, sərəncamlar verdi. “Azərbaycan Respublikasının təhsil sisteminin təkmilləşdirilməsi haqqında” 13 iyun 2000-ci il tarixli, “Dövlət dilinin tətbiq işinin təkmilləşdirilməsi haqqında” 18 iyun 2001-ci il tarixli, “Azərbaycan əlifbası və Azərbaycan dili günü təsis edilməsi haqqında 09.08.2001- ci il tarixli bəyanat, “Azərbaycan Respublikasında dövlət dili haqqında” fərman və sərəncamlar təhsilimizi dünya standartları səviyyəsinə qaldırdı. Azərbaycan tarixinin, ədəbiyyatının, coğrafiyasının öyrədilməsinə, mükəmməl dərsliklər hazırlanmasına, xüsusilə Azərbaycan dilinin öyrədilməsinə, Dövlət dili statusunda təbliğinə diqqət artırıldı.

Azərbaycan təhsilinin qayğıkeş hamisi ulu öndərimizin
“Azərbaycan Respublikası ümumtəhsil məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi
haqqında” 4 oktyabr 2002-ci il tarixli sərəncamı və həmin sərəncamla
hazırlanmış xüsusi proqram sayəsində Azərbaycanda dünya standartlarına uyğun
müasir tipli məktəb binaları tikilməyə başlandı.
Ümummilli liderimizin rəhbərliyi,tövsiyəsi ilə hazırlanmış proqramlar,strateji yol Azərbaycan təhsilinin, onun maddi-texniki bazasının uzunmüddətli,dinamik inkişafını təmin etmişdir.
Heydər Əliyev milli kadrların hazırlanmasında mühüm rol oynayan ali məktəblətin müasirləşdirilməsində, burada təhsilin inkişaf etdirilməsində bir sıra təşəbbüslər etmiş, müəyyən tədbirlərin həyata keçirilməsi üçün göstərişlər vermişdir. Məsələn, böyük siyasətçi məzunu olduğu Bakı Dövlət Universitetinin üzləşdiyi problemlərin diqqətdə saxlamışdır. Ulu önndərin BDU ilə bağlı atdığı ən mühüm addımlardan biri də 13 iyun 2000-ci ildə bu ali təhsil ocağına özünü idarəetmə-muxtariyyət statusunun verilməsi idi. Müəyyən prinsiplər əsasında atıılmış bu addım ali təhsil ocağının inkişafında yeni mərhələnin əsasını qoymuşdur.

Böyük dövlət xadimi Heydər Əliyev tərəfindən özəl
ali məktəblərin fəaliyyətinin tənzimlənməsi Təhsil Nazirliyinə həvalə
olunduqdan sonra bu sahədə müəyyən stabillik yarandı. Ən başlıcası isə,
iqtisadiyyatın və cəmiyyətin dayanıqlı inkişafının təmin olunmasında fəal mövqe
nümayiş etdirən, müstəqil və məhsuldar iş icra etməyi bacaran sağlam vətəndaş
formalaşdırmanın təhsil üzrə kompleks islahatın əsas məqsədinə çevrilməsi
istiqamətində işlər görülməyə başladı. Sayları minimum həddə endirilmiş özəl
ali məktəblər qarşısında maddi-texniki və tədris bazasının, kadr potensialının
təkmilləşdirilməsi və təhsil səviyyəsinin yüksəldilməsi əsas tələb olaraq
qoyuldu. Dövlət universitetlərindən yeddi ali təhsil müəssisəsinə muxtariyyət
hüququ verildi. Ümumiyyətlə, Dünya Bankı ilə əməkdaşlığın inkişaf etdirilməsi
ilə yanaşı, təhsilin bütün pillələri, onların hər birinin mövcud vəziyyəti,
problemlərinin, onların həlli istiqamətində mərhələlər üzrə həyata keçiriləcək
tədbirlərin öz əksini tapdığı bəhs etdiyimiz proqram çərçivəsində görülən işlər
nəticəsində son beş ildə ali təhsil sistemində əhəmiyyətli dəyişikliklər baş
verdi.
Əsası görkəmli siyasətçi, tarixi şəxsiyyət Heydər
Əliyev tərəfindən qoyulmuş bu möhtəşşəm və uğurlu siyasət indi də davam etməkdədir.
Heydər Əliyev siyasi kursunun davamçısı olan Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev bu işi şərəflə davam etdirir.
Qeyd: yazı Yücel Savaşa aiddir.