Dahi riyaziyyatçılar



Pifaqor


   Yunan riyaziyyatçısı olan Pifaqor ən dahi insanlardan biri hesab edilir. O bizim eradan əvvəl 570-495-ci illərdə Yunanıstanda yaşayıb. O Pifaqor məktəbinin yaradıcısı kimi məşhurdur. Onun adı həmçinin triqonometriyada məşhur teorem ilə də bağlıdır. Lakin bir çox mənbələr bu teoremi məhz onun isbat etməsi ile bağlı şübhələrini bildirmişlər. Bununla yanaşı, Pifaqor teoremi müasir ölçmələrdə ve texnoloji avadanlıqlarda mühüm rol oynayır. Pifaqoru hətta müasir riyaziyyatın banisi adlandırmaq olar.
                                                
                                            Andrew Wiles
                                               

Andrew Wiles Ferm-in sonuncu teoremini isbat etmiş bir şəxs kimi məşhurdur. O teoremin həllini tapmaq üçün 7 il ərzində özünü 4 divar arxasına həbs etmişdi. O biləndə ki, tapdığı həll düzgün deyil, daha bir il də 4 divar arasına çəkilmişdi. 

İsaak Nyuton ve Vilhelm Leybniç


    Bu hər iki dahi riyaziyyat elminin inkişafına eyni səviyyədə töhfə bəxş etmişlər. Onların hər ikisi riyaziyyatda hesablamanın inteqral və differensial təhlilini yaratmışlar.
                                          
                                        Leonardo Pizanskiy



O orta əsrlərin dahi riyaziyyatçılarından biridir. Müasir mühasibat sistemini və ümulilikdə maliyyə hesablanmalarını ərəb rəqəmləri olmadan təsevvür etmək çətindir. Məhz Leonarda Pizanskiy Avropada ilk dəfə bunlardan istifadə etmişdir.

                                             Alan Turing


Alan Turing 20-ci əsrin dahi insanlarından biridir. O ikinci dünya müharibəsi zamanı çoxsaylı kəşflər etmiş və almanların şifrələnmiş ismarıclarının kodlarının açılması metodunu yaratmışdı. O həmçinin kompüterlə işləmiş ilk əsl alimlərdən biri hesab edilir.

Rene Dekart


Fransız filosof, fizik ve riyaziyyatçı Rene Dekart öz radikal təxmin metodu ilə məşhurdur. Bununla yanaşı, bu alim riyaziyyata böyük töhfələr vermişdir. Rene Dekart Nyuton və Leybniç ilə birgə müasir hesablama sistemini yaratmışdır.

Evklid


Evklid həndəsənin banisi hesab edilir. Onun ən dahiyanə zəhməti isə elementlər idi. Evklid bir çox teoremleri və hipotezleri isbat etmişdir.

Bernhard Riemann


Bu alim 19-cu əsrin görkəmli riyaziyyatçılarından biridir. O həndəsəyə bir çox töhfələr bəxş etmişdir. Bir çox teoremlər isə onun adını daşıyır. Riemann hipotezi minilliyin ən çətin 7 tapşırığı siyahısına daxildir və Clay riyaziyyat institutu bu tapşırıqların hər birini həll edə biləcək şəxsə 1 milyon ABŞ dolları ödəyəcək.

                                       Carl Friedrich Gauss


O riyaziyyatın kralı hesab edilir. Bir çoxları Gauss-u inanılmaz əqli imkanları sayəsində tanıyır. O uşaq olarkən saniyələr ərzində 1-dən 100-ə qədər olan rəqəmlərin cəmini hesablaya bilirdi. Onun adı riyaziyyatın demək olar ki, bütün sahələrindəki əsaslı araşdırmalar ilə bağlıdır: cəbr, riyazi təhlil, kompleks funksiya nəzəriyyəsi, ehtimal nəzəriyyəsi, həmçinin astronomiya, geodeziya və mexanika.

                                           Leonhard Euler


O bəşəriyyət tarixinin ən dahi riyaziyyatçılarından biri hesab olunur. Euler riyaziyyat, mexanika, fizika, astronomiya və bir sıra tətbiqi elmlərə bir sıra yeniliklər gətirmişdir. Euler ilk dəfə olaraq təhlili, cəbri, triqonometriyanı, rəqəm nəzəriyyəsini və digər dissiplinləri vahid bir sistemdə birləşdirmişdir. Riyaziyyatın əhəmiyyətli hissəsi o zamandan bəri Eulerə əsasən tədris edilir.