суббота, 10 мая 2014 г.

HEYDƏR ƏLİYEV 91

  
      Bildiyimiz kimi, bu günlərdə ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 91 illiyi qeyd olunur. Heydər Əliyevin 30 ildən artıq davam edən ictimai-siyasi fəaliyyətində elmə, təhsilə göstərilən qayğı daim mühüm yer tutub. Heç də təsadüfi deyil ki, XX-ci əsrin son 30 ilində Azərbaycan intibahını şərtləndirən amillər sırasında elmin və təhsilin yüksəlişi xüsusilə diqqəti cəlb edir.Heydər Əliyev çıxışlarının birində qeyd edib ki, XX əsrdə Azərbaycan xalqının ən böyük nailiyyətlərindən biri ölkəmizdə elmin, təhsilin sürətlə inkişaf etməsidir.
    Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışından sonra elm və təhsilə göstərilən diqqət və qayğı elə ilk günlərdən bir daha özünü göstərib. Heydər Əliyevin tarixi qayıdışından sonra ölkədə hazırlanan və həyata keçirilən strateji xətt təhsil müəssisələrini normal fəaliyyət halına gətirməklə, təhsilin milli tərəqqimizin həqiqi, güclü amilinə çevrilməsi üçün bu sahədə geniş islahatlar proqramının işlənib hazırlanması və həyata keçirilməsi vəzifəsini irəli sürüb.

    Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonrakı illərdə, bütün sahələrdə olduğu kimi, milli təhsil sahəsində də bir sıra uğurlar əldə edilib. Bu uğurların ilhamverici qüvvəsi və qarantı məhz Heydər Əliyev idi. Onun müdrik daxili və xarici siyasəti, yaratdığı sabitlik təhsilin inkişafına əlveişli zəmin yaradıb. Heydər Əliyev müstəqil Azərbaycanda milli təhsil quruculuğu sahəsində də islahatın memarı və qurucusu idi. Onun hakimiyyətə xilaskar missiyalı qayıdışı Azərbaycanın sosial-iqtisadi, siyasi və mədəni həyatının bütün sahələrində olduğu kimi, təhsil sahəsində tənəzzülün, depresiyanın qarşısını almağa imkan verdi, təlim-tərbiyə müəssisələrinin ahəngdar işi bərpa olundu, təhsil sisteminin müstəqil dövlətçilik prinsipləri əsasında qurulmasına tarixi şərait yaranıb.


      Bu gün iftixarla demək olar ki, xalqımızı müstəqil inkişaf yoluna hazırlayan bütün sahələrdə olduğu kimi, milli təhsil sahəsində qazanılan böyük nailiyyətlərdə də ümummilli lider missiyasını, aradakı kiçik fasilə istisna edilməklə, XX əsrin 30 ildən artıq bir dövrünü öz qüdrətli çiyinlərində uğurla üçüncü minilliyə daşımış böyük şəxsiyyət Heydər Əliyevin müstəsna xidmətləri var. Müstəqillik illərində təhsil sahəsində beynəlxalq əlaqələr genişlənib və hazırda dünya təcrübəsi də öyrənilməklə Azərbaycanda təhsil sisteminin inkişafı üçün məqsədyönlü işlər görülür.
     Əminik ki, müasir Azərbaycan təhsili özünün zəngin tərəqqi ənənələrinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə, beynəlxalq təcrübəyə əsaslanaraq milli təhsil quruculuğu sahəsində başladığı lazımi islahatları başa çatdıraraq, təhsilislahatlarının memarı və qurucusu Heydər Əliyevin müdrik tövsiyələrini əzmlə həyata keçirəcək. 

Qeyd: Məqalə www.tv.sia.az saytından götürülmüşdür.